MTN 36 kiloqramadək narkotikə görə 6 nəfəri həbs edib

Milli Təhlükəsizlik Nazirliyi İrandan qaçaqmalçılıq yolu ilə keçirilərək Azərbaycan ərazisinə ümumilikdə 35 kiloqram 500 qramdan artıq narkotik vasitənin qanunsuz daşınmasının qarşısını alıb.

Dekabrın 15-də MTN-in İctimai Əlaqələr İdarəsindən “Media forum”a bildiriblər ki, faktlarla bağlı ölkə vətəndaşları Bunyadov Taleh Mahmud oğlu, Əhmədov İbrahim Talıb oğlu, Məmmədov Ceyhun Rəhim oğlu, Əhmədov Rəşad Vidadi oğlu, Qarayev Adil Dövlət oğlu və Məmmədov Nurəli Eldar oğlu həbs olunub.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir. /

 

Google+ WhatsApp ok.ru