`MTN işi` ilə bağlı tutulanların vəkilləri kimlərdir...

Oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi ölkədə şok effekti yaratdı.
 
Çünki aylardır, hətta illərdir bəzi mətbuat nümayəndələrinin vəzifədən çıxarıb vəzifəyə təyin etdiyi nazirlər vardı.
 
Əslində, hər kəs başqa bir qurum rəhbərinin dəyişdiriləcəyi xəbərini gözləyirdi.
 
Hadisənin şok effektini doğuran səbəb isə hamıya bəllidir. Adam sahibkarlara "qan" ağladıb.
 
Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
 
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Diqqət çəkən digər məqam saxlanılan şəxslərin vəkilləri ilə bağlıdır.
 
Mətbuatın yazdığı qeyri-rəsmi məlumatlara görə, həbs edilənlərin hamısı ilk gündən təkadamlıq kameralara yerləşdirilib, onlara vəkilin ancaq dövlət tərəfindən ayrılmasına icazə verilib. Bu addımın istintaq sirrinin qorunması üçün atıldığı iddia edilir.
 
Maide.az xəbər verir ki, hüquqşünas Aslan İsmayılov modern.az saytına bildirib ki, saxlanılan şəxsin hüquqları məhdudlaşdırılmır:
 
"Əgər müdafiə olunan şəxs özü vəkil tuta bilmirsə, yəni buna maddi imkanı yoxdursa, bu halda hökumət o şəxsi vəkillə təmin etməlidir. Amma mənim zənnimcə, həbs olunanların hamısının kifayət qədər maddi imkanı var".
 
Keçmiş MTN-çilərin məhbəs şəraitində olduğunu və azad şəraitdə öz hüquqlarını müdafiə edə bilmədiklərini nəzərə alsaq, bu halda hansı addım atılmalıdır?
 
Aslan İsmayılov qeyd edib ki, saxlanılan şəxsin yaxınları məsələyə münasibət bildirə bilər:
 
"Saxlanılan şəxslərin qohum-əqrəbaları bu problemi qaldıra bilərlər".
 
Aldığımız digər məlumata görə, saxlanılanların əməlləri ilə tanış olanlar vəkillik etmək istəməyiblər.

Google+ WhatsApp ok.ru