MTN təcridxanasında monitorinq keçrilib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında və həmçinin müvəqqəti saxlama yerində monitorinq keçiriblər
 
Bu barədə  açıqlama verən E. Behbudov bildirib ki, monitorinqin keçirilmə səbəbi oradakı şəxslərin saxlanma şəraiti ilə tanış olmaqdır. 
 
O, qeyd edib ki, MTN-nin təcridxanasında Avropa standartlarına uyğun olaraq işlərin aparılıb:
 
“İstintaq təcridxanasındakı kameralara televizorlar quraşdırlacaq. Təqsirləndirilən şəxslər televizora baxa biləcəklər. Həmçinin orada telefon danışıq kabinələri yaradılır. Əvvələr təqsirləndirlən şəxslər ailələri ilə rəisin otağında danışdılar. Artıq bu daha müasirələşdirilərək orada telefon kabinəlari yaradılır”.
 
E. Behbudov qeyd edib ki, orada əlava olaraq iki yeni gəzinti meydançası da yaradılır:
 
“İstintaq təcridxanasında daha geniş görüş otaqları yaradılır. Görüş otaqları şüşə arxası olacaq. Tibb otağına isə tam müasir aparatalar alınıb”.

Google+ WhatsApp ok.ru