MTRŞ: Radio və televiziyalarda Azərbaycanın ədəbi dil qaydalarının pozulması adi hala çevrilib 11 Dekabr 2015 02:00 Mədəniyyət “Azərbaycanda fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair mətbuat konfransında deyib. O bildirib ki, dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir. MTRŞ sədrinin müavini qeyd edib ki, bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb: “Teleradio yayımçılarının efirlərində Azərbaycan ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişməkdədir, lakin problemlər var və onları sayı kifayət qədərdir”. Teqlər : #MTRŞ: Radio və televiziyalarda Azərbaycanın ədəbi dil qaydalarının pozulması adi hala çevrilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dövlət dilin korlayanlara veriləcək ağır cəza Dünya kino tarixində Peyğəmbər (s) haqqında çəkilmiş 6 kino hansılardır?
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək