Ümumdünya Əhli-Beyt Assambleyası erməni qüvvələrinin Gəncə şəhərinə hücumu ilə bağlı bəyanat yaydı

Ümumdünya Əhli-Beyt Assambleyası erməni qüvvələrinin Gəncə şəhərinə hücumu ilə bağlı bəyanat yaydı

Erməni qüvvələrinin Gəncə şəhərinə raket hücumu və bir neçə nəfər Azərbaycan şiələrinin şəhid olması və yaralanması ilə əlaqədar Ümumdünya Əhli-Beyt Assambleyası bəyanat yayıb:
 
Maide.Az bəyanatı təqdim edir: 
 
"Bismillahir-rəhmanir-rəhim. 
 
İnna lillah və inna ileyhi raciun
 
İmamzadə İbrahim İbn Baqirin (ə) müqəddəs ziyarətgahının olması səbəbiylə İmamzadə şəhəri adlanan Gəncə şəhərinə Ermənistanın hava hücumu nəticəsində bir neçə mülki şəxs olan şiələrin şəhid olması və yaralanması xəbəri bizi sarsıtdı.
 
Ümumdünya Əhli-Beyt Assambleyası dünyadakı şiələrin hüquqlarını qorumaq missiyasına uyğun olaraq, iki ölkə arasında atəşkəs dövründə baş verən bu hadisəni və mülki insanlara edilən hücumları qınayır, şəhid olanlara Allahdan rəhmət və onların yaxınlarına səbr diləyir”.
 
Ümumdünya Əhli-Beyt Assambleyası

Google+ WhatsApp ok.ru