Ümumdünya Səhiyyə Təşkilatı: Havanın çirkliliyinə görə, ildə 7 milyon insan həyatını itirir 12 May 2016 01:00 Xəbərlər Ümumdünya Səhiyyə Təşkilatı dünyanın müxtəlif şəhərlərində havanın çirklənməsinə görə xəbərdarlıq edib və bildirib ki, hesablamalara görə, hər il ən az 7 milyon nəfər dünyada havanın çirklənməsinə görə həyatını itirir. Maide.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məsul şəxslərindən Maria Nira Cenevrədə jurnalistlərə deyib ki, orta hesabla vəziyyət daha da ağırlaşıb və dünyada havanın çirklilik dərəcəsi (2008-ci ildən - 2013-cü ilədək) 8 faiz artıb. “Bilirik ki, şəhərdə yaşayanların 80 faizi çirklilik dərəcəsi daha çox olan böyük şəhərlərdə yaşayırlar. Bizdə çox dəhşətli statistika var. Bizim hesablamalarımıza görə, ildə 7 milyon nəfərdən çox insan havanın çirkliliyinə görə həyatını itirir.” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bildirib ki, havanın çirklilik dərəcəsi Çin və Hindistanın bir neçə şəhərində çox yüksək səviyyədədir. “Çin və Hindistanda havanın çirkliliyi ilə mübarizə üçün daha geniş işlər görülməlidir. Qeyd edək ki, ÜST-nin2014-cü ildəki hesabatında dünyanın 1600 şəhərində havanın çirklilik dərəcəsi araşdırılmıdı, bu rəqəm 2016-cı ildə 3103 şəhərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İran şəhərini dünyada havası ən çox çirklənmiş şəhər sayır. İranın Əfqanıstanla sərhəddə yerləşən Zabol şəhəri reytinqdə birinci yerdə gəlir. Bu şəhərdə yay aylarında toz qasırğaları olur. Zaboldan sonrakı 4 yeri isə Hindistanın Qvalior, Allahabad, Patna və Racpur şəhərləri tutur. Məlumata görə, dünyada hava çirklənməsi nəticəsində ağciyər xərçəngi, infarkt və ürək xəstəlikləri yaranır və bu da dünyada hava çirkliyinə görə ölüm hallarının artmasına səbəb olur. Havanın lokal çirklənməsinə daş kömür və digər ağır yanacaqlarla işləyən generatorlar, dizel yanacaqlı avtomobillər səbəb olur. Teqlər : #Ümumdünya Səhiyyə Təşkilatı: Havanın çirkliliyinə görə,#ildə 7 milyon insan həyatını itirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD İraq ərazisinin 14 faizini tutur Sumqayıtda mövlud tədbiri keçirilib - Foto