Ümumdünya Səhiyyə Təşkilatı Zika vürusi ilə bağlı xəbərdarlıq etdi

Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər veri rki, Ümumdünya Səhiyyə Təşkilatı, Aralıq dənizi və Qara dənizi sahil ölkələrinə  ZIKA virusu epidemiyasının geniş yayılması ilə bağlı xəbərdarlıq edib. 
Zika virusu adını 1947-ci ildə ilk dəfə meymunlarda aşkar edildiyi zaman Uqandadakı meşənin adından götürüb. Virusun ağcaqanadlar vasitəsilə keçərək, yalnız meymunlara təsir etdiyinə inanılırdı. İnsanlara keçdikdə, onun orta təsircə malik olduğu hesab edilirdi.
Braziliyada, Cənubi və Mərkəzi Amerika ölkələrində xəstəliyin yayılması ağcaqanadların sayının azaldılması səylərinin artırılmasına gətirib çıxarıb.
 

Google+ WhatsApp ok.ru