Ümumdünya Səhiyyə Təşkilatı: “Yəməndəki uşaqların 80 faizi humanitar yardıma möhtacdır”

Ümumdünya Səhiyyə Təşkilatı: “Yəməndəki uşaqların 80 faizi humanitar yardıma möhtacdır”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müharibə səbəbilə Yəməndəki uşaqların 80 %-nin humanitar yardıma möhtac olduğunu bildirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, 20 noyabr-Ümumdünya uşaq hüquqları günü münasibətilə ÜST-nin Yəmən Ofisinin rəsmi Twitter səhifəsindən verilən açıqlamada belə qeyd olunub: “Yəməndə müharibə səbəbilə ölkədəki uşaq əhalisinin 80 %-ni təşkil edən 11 milyondan çox uşaq humanitar yardıma möhtac”.
 
Bəyanatda həmçinin ölkədə 3,5 ildən artıq müddətdir davam edən müharibənin yükünü ən çox uşaqların çəkdiyi qeyd edilib.
 
BMT-nin məlumatlarına görə, milyonlarla insanın aclıqla mübarizə etdiyi Yəməndə hər 10 dəqiqədə 1 uşaq həyatını itirir.
 

Google+ WhatsApp ok.ru