Ümumdünya İslami Oyanış Asambeleyası Hindistanda  müsəlmanlara qarşı törədilən cinayətləri pisləyib

Ümumdünya İslami Oyanış Asambeleyası Hindistanda müsəlmanlara qarşı törədilən cinayətləri pisləyib

 
Ümumdünya İslami Oyanış Asambeleyası, Hindistanda müsəlmanlara qarşı törədilən son cinayətlərlə bağlı bəyanat yayıb. 
 
Maide.Az xəbər verir ki, bəyanatda bildirilir: 
 
"Son zamanlar Hindistandakı müsəlmanlara qarşı qeyri-insani hərəkətlər və BMT qətnamələrinə zidd cinayətlər baş verir. Ekstremist qruplar və fanatik hindular Hindistandakı müsəlmanları təhqir edərək əsas hüquqlarından məhrum edir. Müsəlmanlar qədim mədəniyyət və sivilizasiyaya sahib olan bu ölkədə öz hüquqlarını qorumaqla yanaşı  dinc həyat sürüblər. 
 
 ABŞ Prezidenti Donald Trumpın Hindistana səfəri və beynəlxalq sionizmin dəstəyi ilə başlayan bu zülmün məqsədinin soyqırım etmək,müsəlmanların gücünü və sosial kapitalını azaltmaq , zəiflətmək və Hindistanın ən böyük müsəlman icmalarından birini məhv etmək məqsədi ilə başlandığı hamıya aydındır. 
 
ABŞ və beynəlxalq sionizm Qərbi Asiya, Fələstin, İraq, Suriya, Yəmən, Myanma və son zamanlarda Hindistanda  müsəlmanlara qarşı törətdiyi cinayətlərlə  İslam dünyasının imkanlarını məhv etməyə çalışır və çox təhlükəli və əvvəlcədən planlaşdırılan bir planı icra edir. 
 
Son hadisələr, Hindistandakı 200 milyon müsəlmanın hüquqlarını tapdalamaq, digər ölkələrdə müharibə siyasətinin  və İŞİD kimi terror təşkilatlarının yayılmasına və eləcə də digər ölkələrdə və beynəlxalq ictimaiyyətdə böhranlara yol açır. 
 
Ümumdünya İslami Oyanış Asambeleyası Hindistan hökumətini bu cinayətləri dayandırmağa çağırır. Eləcə də insan haqları təşkilatları və İslam dünyası liderlərinə Hindistan müsəlmanlarına qarşı islamofibik hərəkətləri və zülmlərin qarşısını almaq üçün addımlar atmağa çağırış edir. 
 

 

Google+ WhatsApp ok.ru