Ümumdünya Uşaqlar Günü: Yüzlərlə fələstinli uşaq işğalçı İsrail rejim həbsxanalarında

Ümumdünya Uşaqlar Günü: Yüzlərlə fələstinli uşaq işğalçı İsrail rejim həbsxanalarında

Bu gün Ümumdünya Uşaqlar Günüdür. Bu gün dünyada uşaqlar üçün şənliklər təşkil olunduğu bir vaxtda İşğalçı İsrail rejimi fələstinli uşaqları öz həbsxanalarında saxlayır. Belə ki, hazırda bu rejimin həbsxanalarında 350-dən çox uşaq saxlanılır.
 
Maide.Az xəbər verir ki,  Fələstin  Əsirlər və Məhbuslar Klubu şənbə günü bəyanat yayaraq elan edib ki,  Sionist rejim 2015-ci ildə Qüds intifadası  başlandığı gündən indiyədək  2 min fələstinli uşağı saxlayıb ki, onlardan hazırda 350-dən çoxu bu rejimin həbsxanalarındadır.
 
Bəyanatda bildirilir ki,  sionist rejim fələstinli uşaqların hüquqularını  pozur və onlara qarşı cinayətlər törədir.  Sionist rejim əsgərləri dəfələrlə  fələstinli uşaqları bilərəkdən güllə ilə vurub.  “Sionist rejim fələstinli uşaqları susuz və yeməksiz həbsxanada saxlayır, onlara qarşı işkəncə tətbiq edir, təhqir edir, onlardan etiraf almaq üçün hədələyir. Bunlar hamsı işğalçı rejimin fələstinli uşaqlara qarşı törətdiyi digər cinayətlərdir.”
 
Beynəlxalq KİV-lərin məlumatına görə, hazırda işğalçı İsrail rejiminin 17 həbsxanasında 7 mindən çox fələstinli həbsdədir ki, onların 700 –dən çoxu mühakimə olunmadan həbsxanada saxlanılır.
 
Qeyd edək ki, BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixi Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur. 
 
 

Google+ WhatsApp ok.ru