Munadi parlamentdə: “Qarabağ islam torpağıdır və Azərbaycanındır!”

İran parlamentinin Təbriz, Osku və Azərşəhrdən olan üzvü Əlirza Munadi Sefidan parlamentin iclasındakı çıxışında Ermənistanın Qarabağa təcavüzünü pisləyib. O bildirib ki, Qarabağ islam torpağıdır və Azərbaycanındır.
 
“Biz Dağlıq Qarabağın Ermənistanın əsarətindən azad olunaraq Azərbaycana qaytarılmasını istəyirik. Hökumətdən istəyirəm ki, Ermənistanın Qarabağdakı cinayətlərini pisləsin!”, - deyə Əlirza Munadi bildirib.
 
Munadi Ali rəhbər Ayətullah Xameneinin Qarabağı islam torpağı adlandırdığını, Azərbaycana məxsus olduğunu söylədiyini xatırladıb: “Biz də ermənilərin Qarabağa qarşı təcavüzünü bütün gücümüzlə pisləməliyik”.
 
Əlirza Munadi Sefidan Qarabağın Ermənistan tərəfindən işğalını bir daha pisləyərək deyib ki, “biz Qarabağda ermənilər tərəfindən 13 əziz müsəlmanın şəhid edilməsini pisləyirik”.(worldmedia)

Google+ WhatsApp ok.ru