Mundialda həlledici mərhələ start götürür 28 İyun 2014 01:00 İdman XX dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək Olimpiya sistemi ilə davam etdiriləcək mundialın pley-off mərhələsi meydan sahiblərinin oyunu ilə başlayacaq. Cənubi Amerika təmsilçilərinin duelində Braziliya Çilini sınağa çəkəcək. Qrup mərhələsində hərəyə 2 qələbə qazanan komandalar ilk 1/4 finalçını müəyyənləşdirəcək. Bu oyunun qalibi növbəti mərhələdə də Cənubi Amerika komandası ilə - Kolumbiya – Uruqvay görüşünün qalibi ilə üz-üzə gələcək. Braziliya – Çili dueli bu gün, Bakı vaxtı ilə 21:00-da start götürəcək. Gücə saatlarında isə 1/8 final mərhələsinin ikinci görüşü keçiriləcək. Burada Cənubi Amerika təmsilçiləri üz-üzə gələcək. Öz qrupunun qalibi olan Kolumbiya Uruqvayı sınağa çəkəcək. Luis Suaresin cəzalanmasından sonra xeyli zəifləyəcəyi gözlənilən sonuncular 1/4 finala çıxmağa çalışacaq. Bunu bacaran komanda növbəti mərhələdə bir gün əvvəl qalib gələn yığma ilə görüşəcək. Kolumbiya - Uruqvay matçının start fiti Bakı vaxtı ilə gecə saat 01:00-da səslənəcək. 1/8 final 28 iyun 21:00. Braziliya – Çili Belu-Orizonti. “Mineyro” stadionu 29 iyun 01:00. Kolumbiya – Uruqvay Rio-de-Janeyro. “Marakana” stadionu Teqlər : #Mundialda həlledici mərhələ start götürür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün üçün dünya çempionatının təqvimi Fransa yığmasının baş məşqçisi: `İstəyən oruc tuta biləcək`