Muqtəda Sədr siyasi qruplardan ABŞ-la danışıqları dayandırmağı istədi

Muqtəda Sədr siyasi qruplardan ABŞ-la danışıqları dayandırmağı istədi

-- bütün siyasi qrupların iştirakı ilə koalisiyanın təşkili...

İraq seçkilərində qalib gələn Sədr Hərəkatının lideri Muqtəda Sədr ölkədəki siyasi qruplardan hökumətin qurulması işlərində ABŞ və qonşu ölkələrlə görüşləri dayandırmalarını istəyib.
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki, M.Sədr Twitter hesabından verdiyi açıqlamada, "Bütün siyasi qruplar koalisiya hökumətinin qurulmasıı və sonrakı işlər üçün ABŞ və qonşu ölkələrlə danışıqları dayandırmalıdır. Bunlar, biz iraqlıların daxili məsələləridir, başqalarının yox.  
 
Seçki marafonunu qazanan bütün siyasi qrupların iştirakı ilə  koalisiyanın təşkilini istəyən Sədr, "məzhəb, irq və qruplaşmadan kənar hökumət koalisiyasının yaradılmasına hazıram"
 
Sədr bundan əvvəl də verdiyi açıqlamada, "İraqın nə şərq, nə qərb, nə şimal, nə də cənubdan idarə edilməsinə icazə vermərik", - deyə bildirmişdi.
 
 

Google+ WhatsApp ok.ru