`Muslimmedia` internet televiziyasının 1 yaşı qeyd olunub

Bu gün "Muslimmedia" internet televiziyasının 1 yaşı televizya əməkdaşlarının iştirakı ilə qeyd   olunub.
 
Maide.az xəbər verir ki, tədbirdə BGMİnin şeyxi, TVnin rəhbəri və  verlişlərin hazırlanmasında zəhməti olan şəxslər iştirak edib.
 
İnternet TVnin bir il müddətində hazırladığı dini, mənəvi verilişlər xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin əhkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etmişdir.
 
“Haqqa doğru”, “Haqqa sarı”, “İslamda ailə”, “Mizanul-hikmə”, “Hikmətli kəlamlar” və “Dahilərin həyatı” adılı verilişlərdə din, elm və ədəbiyyat adamları iştirak edərək gözəl və sadə bəyanları ilə xalqımızın maariflənməsinə səbəb olmuşlar.
 
Tədbirdə çağdaş dünyada ictimaiyyətin formalaşmasında İnternet TV-nin təsiri və rolu haqda söhbətlər edilmiş, TVnin uğuru və  inkişafı haqda fikirlər söylənildi. Sonda TVnin 25 nəfərdən ibarət əməkdaşlarına Təşəkkürnamə ilə birgə hədiyyələr təqdim olundu.
 
Qeyd edək ki, Muslimmedia tv www.muslimmedia.ge saytı, Youtube portalı və və sosial şəbəkələr vasitəsilə paylaşılır. Ötən ilin mart ayında yayıma başlayan televizyada artıq 240 verliş tamaşaçıların ixtiyarına verilib. TVdə hazırlanan bir çox verilişlər Kanal 12 vasitəsi ilə də efirə verilmişdir. /
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru