Musson yağışları  Yeni Delhidəki tarixi məscidə ziyan vurdu

Musson yağışları Yeni Delhidəki tarixi məscidə ziyan vurdu

Hindistanın paytaxtı Yeni Dehlidə güclü musson yağışları şəhərdəki 200 illik tarixi məscidə ziyan vurub.
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, 1823-cü ildə inşa edilən üç qübbəli Mübarək Begum Məscidinin əsas günbəzi həddindən artıq yağışa görə uçub. 
 
Hazırda mühəndislər məscidə dəymiş ziyanı qiymətləndirir. 
 
Sosial mediada bir çox insan tarixi məscidin ziyanına görə kədərləndiklərini ifadə edib və hakimiyyəti məscidin bərpası üçün lazımi addımlar atmağa çağırıb. 
 
Qeyd edək ki, ötən həftənin sonu sonu yağan güclü yağış səbəbindən paytaxtda 2 nəfər ölmüş, bir çox evə ziyan dəyib. 
 

Google+ WhatsApp ok.ru