Mövlud Çavuşoğlu Türkiyədə müalicə olunan Azərbaycan əsgərlərini və fələstinli yaralıları ziyarət edib

Türkiyənin Avropa Birliyi naziri Mövlud Çavuşoğlu Azərbaycandan və Qəzzadan müalicə məqsədilə Türkiyəyə gətirilmiş yaralıları ziyarət edib. Maide.az-ın “haberler.com”a istinadən verdiyi məlumata görə, nazir Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan yaralıları bir-bir ziyarət edib, vəziyyətləri ilə maraqlanıb.
 
M. Çavuşoğlu Qəzzadan gələn yaralılarla görüşdə onlara dəstək nümayiş etdirib: “İsrail dərhal bu zülmü bitirməlidir”.
 
Azərbaycanlı əsgərləri ziyarət edərkən M. Çavuşoğlu “Bir millət, iki dövlət” deyiminə diqqət çəkərək Türkiyənin Azərbaycanın yanında olduğunu dilə gətirib: “Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını geri almaq üçün hər cür siyasi və hərbi mübarizə haqqına malikdir”.

Google+ WhatsApp ok.ru