Mövsüm Səmədovla görüşə yenə də imkan verilmədi

 Bu gün bir qrup ağsaqqal və dindar Hacı Mövsüm Səmədovla görüşmək üçün 12 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib. Bu haqda İslaminsesi.az saytına dindar Elyar Nəzərov məlumat verib.

Onun bildirdiyinə görə,  hacı ilə görüş üçün sənədləri təqdim etsələr də, həbsxana rəsmiləri Mövsüm Səmədovun  xüsusi cəza rejimində (karsda) saxlanıldığını dilə gətirərək onunla görüşə icazə verməyiblər:

“Dünən İslam Partiyasının bir qrup funksioneri də partiya sədri ilə görüşmək üçün Həbsxanaya gəliblər. Onlara da eyni sözlər deyilərək, görüş üçün imkan yaradılmayıb. Bu isə biz dindarları daha çox narahat edir, ona işgəncə edilməsindən əndişələnirik.  Cəmiyyətin inanclı kəsimi, onu tanıyan minlərlə insan hacının səhhətindən, ona qarşı qərəzli münasibətdən böyük narahatlıq keçirir. Həbsxanadan verilən məlumata görə,  Mövsüm Səmədovun xüsusi cəza rejimində saxlanma müddəti sentyabrın 30-da başa çatacaq. Biz hər gün bura gələcək və hacıdan xəbər tutmağa çalışacağıq“-deyə Nəzərov bildirib. /

 

Google+ WhatsApp ok.ru