Mövsüm Səmədov Qobustana niyə köçürülür?

`“Kars”da olanda adyalı yerə atıb üstündə namaz qılmasına görə`

xəbər verdiyimiz kimi, AİP lideri Mövsüm Səmədov heç bir səbəb göstərilmədən 11 saylı cəzaçəkmə müəssisəsindən yeri dəyişdirilərək 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsindən, orada isə dərhal “karser”ə salınaraq təzyiq altında saxlanmasından sonra Qobustana köçürülməsi ilə bağı məhkəmə prosesi keçirilib.

 

 

 Məkəmənin gedişi, hansı ittihamlar əsasında qərar çıxarılması barədə məlumat əldə etmək üçün hacı Mövsümün vəkili Anar Qasımlı ilə əlaqə saxladıq. Vəkilin dediyinə görə, müvəkkilinə qarşı qərar gülünc və absurd ittihamlar əsasında çıxarılıb:

 

- Göstəriblər ki, həbsdə olduğu müddətdə ona 14 dəfə töhmət, xəbərdarlıq, “kars”- cərimə təcridxanası növündə tənbeh tətbiq olunub. Yəni rejimin qaydalarını pozduğuna görə ona bu cəzalar tətbiq edillib. Digər bir ittiham isə  “kars”da olanda adyalı yerə atıb üstündə namaz qılması ilə bağlıdır. Məhkəmə  ittihamçısı onun dövlət əmlakını yararsız hala saldığını dedi. Hakimin qərarı ilə AİP liderinin 2 il müddətinə Qobustanda qalması hökmü verildi.

 

-Siz qərardan şikayət verməyi düşünürsünüz?

 

- Mən məhkəmə qərarı bu gün alacam. Apelyasiya şikayəti hazır olandan sonra bu məlumatları rəsmi açıqlama şəklində KİV-ə təqdim edəcəyik.

 

-Siz bir vəkil olaraq apelyasiya şikayətinin nəticə verəcəyinə inanırsınız?

 

-Mən artıq heç nəyə inanmıram. islaminsesi.org /

 

Google+ WhatsApp ok.ru