Mövsüm yağışları minlərlə myanmarlı müsəlmanı təhdid edir.

Mövsüm yağışları minlərlə myanmarlı müsəlmanı təhdid edir.

-- UNİCEF xəbərdarlıq edir

Banqladeşdə gələn aylar ərzində yağacaq yağışlar minlərlə ruhingiyalı müsəlmanın həyatını təhdid edir.
 
Maide.Az “İQNA”a istinadən xəbər verir ki, bu barədə UNİCEF təşkilatı öz hesabatında xəbərdarlıq edir. 
 
Məlumata görə, yaz-yay mövsümünün davamlı yağışları minlərlə ruhingiyalı müsəlmanın həyatını ölüm təhlükəsi və müxtəlif problemlərlə üz-üzə qoyub.
 
BMT-nin Uşaq Fondunun (UNİCEF) bildirib ki, Banqladeşin qaçqın düşərgəsində yaşayan 200 min myanmarlı müsəlman mövsüm yağışlarının qurbanı ola bilər. UNİCEF təşkilatının sözçüsü Kristof Bulirak BMT-nin İsveçrənin Cenevrə şəhərində yerləşən qərargahında mətbuat konfransı zamanı bildirib ki, Banqladeşdə mövsüm yağışları iyun ayında başlayır və sentyabr ayınadək davam edir. Bu müddət myanmarlı qaçqın müsəlmanlarının uşaqları üçün ağır və dözülməz vəziyyət yaradacaq.
 
O qeyd edib ki, onsuz da, Kakas bazar bölgəsində yerləşən qaçqın düşərgəsində yaşayan müsəlmanların durumu ağırdır. Yay yağışlarının başlanması isə sel, torpaq sürüşməsi və yolxucu xəstəliklər kimi problemlər yaradacaq.
 
Qeyd edək ki, ötən ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və qətliamlar başlayıb və bunun nəticəsində 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb.a

Google+ WhatsApp ok.ru