Müxalifətçi gənc işdən çıxarılıb

Biləsuvar rayonunda fəal və tanınmış müxalifətçilərdən olan, müxalifətin (Milli Şura) son iki mitinqində fəallıqı ilə seçilən, həmçinin işinin peşəkarı olan Cavid Məmmədzadə  siyasi mənsubiyyətinə görə çalışdığı şirkətdən çıxarılıb. Maide.az-ın məlumatına görə, Cavid bəy "Treca-2009" şirkətinin Lənkəran və Şirvan bölgəsi üzrə bölgə müdiri vəzifəsində çalışırmış. Şirkətin direktoru Tural Kərimov Cavid Məmmədzadəni hər zaman siyasi mənsubiyyətinə görə sıxışdırırmış. Amma onu peşəkarlığına görə çıxara bilmirmiş. Amma 3 gün bundan qabaq işdən çıxarma barədə qərarı verib. 
 
Məlumat üçün deyək ki, şirkət dərman sahəsində payı olan şirkətdir. Əsasən "Bioxsen" şampunu ilə məhşurdur. Məhsullarının bir neçəsinin televiziyada reklamı gedir.

Google+ WhatsApp ok.ru