Müxalifət aprelin 9-na mitinq təyin edib

Müxalifət aprelin 9-na mitinq təyin edib

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) aprelin 9-da sosial tələblərlə mitinq təyin edib. Bu barədə DQMŞ Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli bugünkü mətbuat konfransında bildirib.
 
Aksiyanın Yasamal rayonunda “Məhsul” stadionunda keçirilməsi planlaşdırılıb.
 
Ə.Kərimli qeyd edib ki, aksiya “Talana yox!”, “Korrupsiyaya yox!”, “Ailə hakimiyyətinə yox!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə keçiriləcək.
 
O, vətəndaşları mitinqdə fəal iştiraka çağırıb.
 
“Biz göstərəcəyik ki, ölkədə bu rejimə “dur” deyən qüvvələr var”,  -Ə.Kərimli vurğulayıb.
 
Onun sözlərinə görə, mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndəriləcək. (contact.az)
 

Google+ WhatsApp ok.ru