Müxalifət partiyasının məclisi prezident seçkiləri ilə bağlı toplanacaq

Müxalifət partiyasının məclisi prezident seçkiləri ilə bağlı toplanacaq

-- fevralın 11-də

Vətəndaş və İnkişaf Partiyasının (VİP) Siyasi Şurasının iclası keçirilib.
 
Maide.Az bildirir ki, partiyanın mətbuat xidmətindən FaktXəbər-ə bildirilib ki, iclasda iki gün əvvəl başlanmış VİP-in aprelin 11-nə təyin edilmiş prezident seçkilərində mümkün iştirakı ilə bağlı olaraq, Mərkəzi Aparatın Seçki Məcəlləsi və VİP Nizamnaməsinin müvafiq bəndlərindən irəli gələn işlərin uyğunlaşdırılması barədə operativ hesabatı təqdim edilib.
 
Hesabatı qəbul edən Siyasi Şura üzvləri partiya Nizamnaməsinin 64-cü maddəsini əsas götürərək, növbədənkənar prezident seçkilərində iştirak məsələsinin müzakirəsi üçün fevralın 11-də VİP Məclisinin çağırılmasını qərara alıblar.
 

Google+ WhatsApp ok.ru