Müxtəlif ölkələrdən müsəlmanların toplaşdığı ölkə: İngiltərə

Müxtəlif ölkələrdən müsəlmanların toplaşdığı ölkə: İngiltərə

İngiltərədə İslamın tarixi 1000 il öncəyə gedir çatır.  
 
Maide.Az xəbər verir ki, İngiltərə Müsəlmanları Şurası yeni hesabat açıqlayıb və bildirib ki, bu ölkədə müsəlmanlar 1000 ildən artıqdır yaşayır. Hələ 8-ci əsrdə İngiltərə padşahı üzərində “Bismillahir-rəhmanir-rəhim” yazılmış qızıl sikkələr çap edilməsinə göstəriş vermişdir.  
 
مسلمانان انگلیس
 
Hesabatda bildirilir ki, Britaniya müsəlmanları cəmiyyətinin ən çoxu Cənubi Asiyadan olan müsəlmanlardır. Ərəb, Afrika və eləcə də Asiyanın cənub-şərqindən, Balkanlar və Türkiyədən də bu ölkədə çox sayda müsəlman yaşayır. 
 
مسلمانان انگلیس
 
Britaniyada digər dinlərdən İslamı qəbul edərək müsəlman olmuş insanların sayı da çoxdur. 2011-ci ilin statistikasına görə bu ölkədə təqribən 3 milyon müsəlman olub. 
 
Britaniyda müsəlmanlar bütün adalarda və müxtəlif siyasi, mədəni və iqtisadi sahələrdə çalışır. 
 
Xırda işlərdən tutmuş, restoran, hüquq firmaları, İT,  mühasibat, tibb, təlim, nəqliyyat, ümumi xidmətlər, siyasət, KİV, idman, incəsənət, moda və digər bir çox sahələrdə müsəlmanlar aktivdir.  
 
مسلمانان انگلیس
 
Britaniya müsəlmanlarının 47 faizi bu ölkədə doğulmuş insanlardır. 290 min müsəlman  9-14 yaşlıdır, müsəlmanların təqribən 54 faizini 19 yaşdan aşağı yeniyetmə və gənclərdir. /
 
مسلمانان انگلیس

Google+ WhatsApp ok.ru