Myanma hökuməti qətlə yetirdiyi müsəlmanları `üsyançı` adlandırır, BMT-ə etiraz edir

Myanma hökuməti qətlə yetirdiyi müsəlmanları `üsyançı` adlandırır, BMT-ə etiraz edir

Myanma, BMT-nin insan hüquqları nümayəndəsinin onun Rohinca müsəlmanlarının etnik təmizləməsini aparması barədə sözlərinə narazılığını bildirib.
 
Ölkənin BMT-dəki səfiri, Raxin vilayətində Rohinca müsəlmanlarını "üsyançı" adlandırıb və onları zorakılıqda ittiham edib və bildirib ki, Myanma (Birma) heç vaxt bu cür "vəhşiliklər"lə razılaşmayacaq.
 
BMT Təhlükəsizlik Şurası çərşənbə günü bu böhranı müzakirə etmək üçün görüşməlidir.
 
Myanma ordusu, Rohinca döyüşçüləri ilə mübarizə apardığını və dinc sakinləri hədəflədiyini təkzib edib.
 
Amma avqustun 25-də qaçmış insanların bir çoxu deyirlər ki, qoşunlar Rohinca silahlılarının hücumlarına, kəndlərin yandırılması və amansız zorakılıq kampaniyası vasitəsilə sakinlərin həmin ərazilərdən çıxarılması ilə cavab verib.
 
Ötən ayın sonundan bəri gərginləşən vəziyyətlə əlaqədar təxminən 370 min Rohincalı Raxin vilayətini tərk edib
 
Buddistlərin çoxluq təşkil etdiyi Raxin vilayətində yaşayan Rohincalar, onları qanunsuz miqrantlar adlandıran Myanmada uzun müddətdir ki, təqiblərlə üzləşiblər.
 
Bazar günü BMT-nin İnsan Hüquqları qurumunun başçısı Zeid Ra'ad al-Hussein Myanmada Rohinca müsəlmanlarını hədəfləyən təhlükəsizlik əməliyyatının etnik təmizləmə üzrə klassik misala bənzədiyini bildirib. (bbc)
 
 

Google+ WhatsApp ok.ru