Myanma ordusu təhsilli Arakanlı müsəlmanları hədəf alır

Myanma ordusu təhsilli Arakanlı müsəlmanları hədəf alır

-- əsgərlər təhsilli insanları hədəf almaqla ...

Arakanlı müsəlmanlara qarşı təzyiq və zülmün davam etdiyi Myanmada ordunun təhsilli insanları hədəf aldığı ortaya çıxdı.
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki, Myanmadakı zülmdən qaçaraq Banqladeşə sığınan Arakanlı müsəlmanlar, Assosiated Pressə verdikləri açıqlamada, ölkədəki hərbi əməliyyatlarda onlarla müəllimin və dini liderin təzyiq, həbs və işgəncəyə məruz qaldığını bildirib. 
 
Özü də müəllim olan Məhəmməd Haşim, müəllim olan qardaşının Myanma əsgərləri tərəfindən öldürüldüyünü söylədi. 
 
M.Haşim bildirdi ki, əsgərlər təhsilli insanları hədəf almaqla ölkədəki zülmə və təzyiqlərə etiraz səsini ucaldan liderləri arada qaldırmaq istəyirlər. O, bunun artıq köhnə bir metod olduğunu bildirdi.
 
Qeyd edək ki, ötən ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və qətliamlar başlayıb və bunun nəticəsində minlərlə insan  öldürülüb. 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb.
 
 

 

Google+ WhatsApp ok.ru