Myanmada daha bir müsəlman xalq zülmə məruz qalır

Myanmada daha bir müsəlman xalq zülmə məruz qalır

-- Meiktila Myanmada strateji baxımdan ən vacib bölgələrdən biridir...

Əksəriyyəti buddistlərin yaşadığı ölkə olan Myanmada müsəlmanlar radikalların zülm və işgəncələri ilə məruz qalır.
 
Maide.Az xəbər verir ki, Arakan müsəlmanlarından başqa Meiktila müsəlmanlarına qarşı işgəncələr hələ də davam etməkdədir.
 
2013-cü ildə Meiktila bölgəsində yaşayan müsəlmanlar radikal buddistlərin hücumuna məruz qalmış və 43 nəfər ölmüşdü. Daha 61 nəfər isə ağır yaralanmışdı. Bundan başqa, müsəlmanların evləri, iş yerləri və məscidləri yandırılmışdı.
 
Həmin hadisələr zamanı 828 bina tamamilə, 35-i isə qismən məhv edilmişdi. 12 mindən çox müsəlman isə öz evlərini tərk etmək məcburiyyətində qalmışdı.
 
Bunun üstündən 5 il keçməsinə baxmayaraq Meiktilada müsəlmanlar hələ də müvəqqəti sığınacaqlarda yaşayır. 13 məscidin yeddisində hələ də ibadət üçün icazə verilmir.
 
Məlumat üçün bildirək ki, Meiktila Myanmada strateji baxımdan ən vacib bölgələrdən biri hesab edilir. Burada 50 minə yaxın müsəlman yaşayır.
 
Xatırladaq ki, ötən ilin avqust-sentyabr aylarında Arakan bölgəsindəki müsəlmanların məruz qaldığı soyqırım zamanı 10 minə yaxın insan öldürülmüşdü. 700 minə yaxın müsəlman isə hazırda Banqladeşə sığınıb.
 

Google+ WhatsApp ok.ru