Myanmada müsəlmanlara qarşı vəhşiliyin mənzərəsi

Myanmada müsəlmanlara qarşı vəhşiliyin mənzərəsi

-- 319 kənd yandırılıb

Beynəlxalq Myanma Müstəqil Araşdırma Missiyasının rəhbəri Marzuki Darusman Myanmada müsəlmanlara edilən işgəncələr barədə hesabatı açıqlayıb.

Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, o, ötən ilin 25 avqustundan etibarən Myanmanın Arakan bölgəsində müsəlmanların yaşadığı 319 kəndin tamamilə və ya qismən yandırıldığını bildirib. Beynəlxalq KİV-lərin məlumatında  isə yandırılmış kəndlərin sayının 350-dən çox olduğu bildirilir. 
 
Darusman, peyk vasitəsilə çəkilən görüntülərdə işgəncənin miqyasının çox böyük həddə olduğunun üzə çıxdığını deyib:
 
“Əlimizdə körpə uşaqların vəhşicəsinə qətlə yetirilməsinə, qızlara təcavüz edilməsinə dair çox faktlar var. Myanma hökuməti Arakan əyalətinə girişə icazə vermir. Baş verənlərlə bağlı istintaq aparılmasını şərait yaratmır”.
 
O, sözlərinə əlavə edib ki, Arakan müsəlmanlarının evlərinə qayıda bilməsi üçün lazımi təhlükəsizlik tədbirləri görülməlidir.
 
Qeyd edək ki, Myanmada etnik təmizləmə nəticəsində 10 minə yaxın müsəlman qətlə yetirilib. Myanmada zülm və işgəncələr səbəbindən 690 min müsəlman Banqladeşə sığınıb.
 
1970-ci illərdə Arakanda təxminən 2 milyon müsəlman yaşayırdı, lakin  ifratçı buddistlrəin və Myanma ordusunun  sistematik hücumlardan canlarını qurtarmaq bu rəqəm 350 mindən aşağı düşüb. 
 

 

Google+ WhatsApp ok.ru