Myanmada tam miqyaslı soyqırım

Myanmada tam miqyaslı soyqırım

-- bir ay ərzində 10 min Rohinciyalı müsəlman qətliam edilib

Beynəlxalq humanitar yardım təşkilatı olan Sərhədsiz Həkimlər  Myanma ordusunun müsəlmanlara qarşı  törətdiyi cinayətlərə dair hesabat açıqlayıb. 
 
Maide.Az  “AA”-a istinadən  xəbər verir ki,  Sərhədsiz Həkimlər  öz hesabatında bildirb ki,  1 ay ərzində  (25 avqust – 24 sentyabr 2017-ci ildə)  Raxin əyalətindaə Myanma ordusunun  zülmü nəticsəində  10 min Rohinciyalı müsəlman qətliam olunub. 
 
Sərhədsiz Həkimlər mart ayına dair yayımladığı hesabatında  9 min 400 nəfirin  bu müddət ərzində  öldürüldüyü bildirilir.  Onlardan 6 min 700 nəfəri  bir başa Myanma ordu qüvvələrinin zülmü  və zorakılığı nəticəsində  həyatını itirib.
 
Hesabatda  bu dövr ərzində 5 yaşdan aşağı  ən az 730 uşağın öldürüldüyü qeyd olunub. 
 
Sərhədsiz Həkimlər Təşkilatının hesabatında bildirilir ki,  ölənlərin əksəriyyəti işkəncələr və zorakılıqlar nəticsəində həyatını itirib. Bu kimi zorakılıq bəşəriyyət əleyhinə cinayət hesab olunur. 
 
Qeyd edək ki, Myanmada zülm və işgəncələr səbəbindən 690 min müsəlman Banqladeşə sığınıb.
 
1970-ci illərdə Arakanda təxminən 2 milyon müsəlman yaşayırdı, lakin  ifratçı buddistlrəin və Myanma ordusunun  sistematik hücumlardan canlarını qurtarmaq bu rəqəm 350 mindən aşağı düşüb. 
 

Google+ WhatsApp ok.ru