Myanmada 100 il tarixi olan məscid söküldü

Myanmada 100 il tarixi olan məscid söküldü

-- Myanmada 100 ildən daha çox tarixi olan bir neçə məscid

Arakan əyalətinin Mengedu bölgəsində 100 illik tarixi olan  qədim məscid Mayanma hökumətinin əmri ilə  dağıdılıb. 
 
Maide.Az  “İQNA”-a istinadən xəbər verir ki, Myanmalı rəsmilər bu tarixi məscidi bölgədə yerləşən İslami əsərlərin  məhv edilməsi siyasətinin davamı kimi bilərəkdən və planlı şəkildə  dağıdıb. 
 
Məscid Myanmada müsəlmanların sıx yaşadığı  Arakan  əyalətinin  Mengedu  şəhərində  Dargə kəndidə yerləşirdi.  On illlərlə möhkəm dayanan bu məscidin  bir neçə gün öncə dağıdıldığı bildirilir. 
 
Qeyd edək ki, Məsciddə bir neçə il öncə  təmir və bərpa işləri görülmüş, divarları bərkidilmişdi.  
 
Xatırladaq ki, indiyədək  Myanmada 100 ildən daha çox  tarixi olan bir neçə məscid  ötən ilin Avqust ayından  sonra  bölgədə yaşayan müsəlmanlara  qarşı hökumətin və ifratçı buddistlərin  hücumları nəticəsində dağıdılıb.

Google+ WhatsApp ok.ru