Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradacaq - YENİLƏNİB

Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradacaq - YENİLƏNİB

Rusiyanın "KamAZ" şirkəti ilə Gəncə Avtomobil Zavodu arasında memorandum imzalanıb.
 
Trend-in məlumatına görə, sənəd Rusiya şirkətlərinin işgüzar missiyası" adlı tədbir çərçivəsində "KamAZ" şirkətinin baş direktoru Sergey Koqogin və Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının sədri Xanlar Fətiyev arasında imzalanıb.
 
Memorandum "KamAZ"ın Gəncə Avtomobil Zavodunun platformasında fəaliyyətinin genişləndirilməsinə yönəlib.
 
***
Bu gün Rusiyanın "Roseksimbank" SC-nin himayəsi ilə Bakıda keçirilən Rusiya şirkətlərinin işgüzar missiyası çərçivəsində Gəncə Avtomobil Zavodu ("GəncAZ") ilə Rusiyanın "KamAZ" şirkəti arasında müqavilə imzalanacaq.
 
"APA-Economics"in əldə etdiyi məlumata görə, sənədə əsasən Azərbaycanda yeni lizinq şirkəti yaradılacaq.

Google+ WhatsApp ok.ru