Myanmadan BMT xüsusi məruzəçisinə giriş qadağası

Myanmadan BMT xüsusi məruzəçisinə giriş qadağası

-- Xüsusi məruzəçi Yanqee Li qərara sərt reaksiya göstərib

Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları Myanma üzrə xüsusi məruzəçisi Yanqee Li yazılı açıqlamasında arakanlı müsəlmanlara qarşı insan haqları pozuntuları, o cümlədən ölkə daxilindəki insan haqları pozuntularını qiymətləndirmək üçün yanvar ayında Myanmaya planlaşdırılmış səfəri olduğunu xatırladıb.

Ancaq Myanma hökumətinin ölkəyə bütün daxilolma imkanlarını ləğv etdiyini və vəzifə müddəti boyunca onunla heç bir şəkildə əməkdaşlıq etməyəcəyini bildirdiyini söyləyən Li qərara sərt reaksiya göstərib.

Li Myanma hökumətinin bu qərarının "qərəzli" və "ədalətsiz" olduğunu vurğulayaraq, açıqlamasına belə davam edib: "Myanma hökumətinin bu qərarından çaşqınlığa və məyusluğa uğradım. Vəzifəm ərzində mənimlə əməkdaşlıq olmadığını göstərən bu bəyannamə sadəcə Arakan əyalətiylə ölkənin geri qalanında bəzi dəhşətli hadisələr baş verdiyinin göstəricisi olaraq görülə bilər. Myanmanın bu yolau getməyə qərar verməsi utanc vericidir".

Li Myanma hökuməti daha əvvəl "gizlədəcəkləri heç bir şey olmadığını" söyləməsinə baxmayaraq, özü haqqında alınan qərarla bunun doğru olmadığının göründüyünü bildirib.

BMT-nin xüsusi məruzəçisi Myanma rəhbərliyinin bundan başqa, mart ayında yaradılan "BMT İnsan Haqları Şurası Myanma Beynəlxalq Müstəqil Dəlil Müəyyən Etmə İstintaq Missiyası" ilə də əməkdaşlıq etmədiyini vurğulayıb. Myanma hökumətinin bəzi yerlərə çatma icazənin məhdudlaşdırılması şərti ilə yanvar ayında edəcəyi səfərə daha öncə müsbət cavab verdiyini xatırladan Li qərarın yenidən nəzərdən keçirilməsinə ümid etdiyini bildirib. (eastnews.org)

Google+ WhatsApp ok.ru