Myanma lideri “Oksford” mükafatından məhrum edilib

Myanma lideri “Oksford” mükafatından məhrum edilib

-- Buna səbəb kimi onun Myanmada Rohinca müsəlmanlarına qarşı zorakılığa...

Myanmanın dövlət müşaviri, ölkənin faktiki siyasi lideri Aun San Su Çji “Freedom of the City of Oxford” mükafatından məhrum edilib.
 
Maide.Az bildirir ki, bu barədə “The Independent” qəzeti xəbər verib. Buna səbəb kimi onun Myanmada Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa qadir olmaması  göstərilir.  
 
“Oksford” mükafatı üzvlərinin qənaətinə görə, zorakılığa göz yuman şəxs xüsusi ehtirama layiq deyil”, qəzet yazıb. Oksford Universitetinin məzunu Aun San Su Çji  20 il əvvəl “uzun müddətli azadlıq mübarizəsinə” görə “Oksford” mükafatına layiq görülüb.
 
Bundan əvvəl İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı (İSESCO) Aun San Su Çjinin 1991-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatından məhrum edilməsi barədə məsələ qaldırıb.
 
Bu ilin avqustundan başlayaraq Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində yüzlərlə müsəlman öldürülüb, 600 mindən çoxu qonşu Banqladeşə qaçıb.
 
BMT-nin qənaətinə görə, Rohinca müsəlmanları dünyanın ən çox təqibə məruz qalan milli azlığıdır. Rohinca müsəlmanlarının Myanmada uzun illər boyu yaşamasına baxmayaraq, yerli hökumət onların vətəndaşlıq hüquqlarını tanımır. (apa)
 

Google+ WhatsApp ok.ru