Myanmalılar müsəlmanlara qarşı zorakılıqların dayandırılması tələbi ilə mitinq keçirdi -FOTO

Myanmalılar müsəlmanlara qarşı zorakılıqların dayandırılması tələbi ilə mitinq keçirdi -FOTO

Müxtəlif din mənsublarından ibarət minlərlə insan Myanmada dinlərarası birliyi nümayiş etdirmək və müsəlmanlara qarşı zorakılıqları dayandırmaq məqsədilə  mitinq keçirib. 
 
Maide.Az xəbər verir ki, belə ki, ötən gün Myanmanın Yangon şəhərində buddist rahiblər, xristian rahibələr, hindular və müsəlmanlardan ibarət təqribən 30 min insan  böyük bir stadiona toplaşaraq  Raxin əyalətindəki müsəlmanlara dəstək mitinqi keçiri və onlar üçün dua edib.
 
İslam ölkələrinin təzyiqlərinin artmasının ardınca  Myanma lideri  Aung San Suu Kyinin başçılıq etdiyi Milli Demokratiya Birliyi bu mitinqin təşkilində əməkdaşlıq edib. 
 
Qeyd edək ki,  Myanma təhlükəsizlik qüvvələri  cari ilin avqust ayından Raxin əyalətində Rohinciyalı müsəlmanlara qarşı zorakılıqları artırıb.  200 –dən çox kənd yandırılıb, 520 mindən çox Rohingiyalı müsəlman evlərindən didərgin düşüb. (channelnewsasia)
 
 
 

Google+ WhatsApp ok.ru