Myanmalılar müsəlmanlara qarşı zorakılıqların dayandırılması tələbi ilə mitinq keçirdi -FOTO 11 Oktyabr 2017 01:00 Dünya Müxtəlif din mənsublarından ibarət minlərlə insan Myanmada dinlərarası birliyi nümayiş etdirmək və müsəlmanlara qarşı zorakılıqları dayandırmaq məqsədilə mitinq keçirib. Maide.Az xəbər verir ki, belə ki, ötən gün Myanmanın Yangon şəhərində buddist rahiblər, xristian rahibələr, hindular və müsəlmanlardan ibarət təqribən 30 min insan böyük bir stadiona toplaşaraq Raxin əyalətindəki müsəlmanlara dəstək mitinqi keçiri və onlar üçün dua edib. İslam ölkələrinin təzyiqlərinin artmasının ardınca Myanma lideri Aung San Suu Kyinin başçılıq etdiyi Milli Demokratiya Birliyi bu mitinqin təşkilində əməkdaşlıq edib. Qeyd edək ki, Myanma təhlükəsizlik qüvvələri cari ilin avqust ayından Raxin əyalətində Rohinciyalı müsəlmanlara qarşı zorakılıqları artırıb. 200 –dən çox kənd yandırılıb, 520 mindən çox Rohingiyalı müsəlman evlərindən didərgin düşüb. (channelnewsasia) Teqlər : #Myanmalılar müsəlmanlara qarşı zorakılıqların dayandırılması tələbi ilə mitinq keçirdi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kaliforniyada meşə yanğınlarında 150 nəfər itgin düşüb 6300 Myanmalı müsəlman Banqladeşlə sərhəddə neytral zonada bu ölkəyə keçməyi gözləyir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO