Myanma ordusu 30 Ruhingiya müsəmanı öldürüb

Myanma ordusu 30 Ruhingiya müsəmanı öldürüb

Myanma ordusu tərəfindən 30 Ruhingiya müsəmanı öldürülüb.
 
Maide.Az xəbər verir ki, Myanma ordusu bazar günü bəyanat yayaraq bildirib ki, Dar Giy Zar kəndinin yaxınlığında hərbçilərlə toqquşmada 30 Ruhingiya müsəlmanı öldürülüb.
Bu qətilam ötən bir ay ərzində Myanmanın şimal-qərbində baş vermiş qarşıdurmalarda öldürülən müsəlmanların sayına görə ilkdir. Yüz minlərlə Ruhingiya müsəlmanının yaşadığı Myanmanın Raxin vilayəti yeni repressiyaların şahidi olub. Ekspertlər hesab edir ki, baş vermiş qətillər Raxin vilayətində münaqişənin yavaş-yavaş həll olunacağına və bölgədəki ictimai münasibətlərin yaxşılaşmasına ümidləri sıfıra endirib. 
 
Raxin vilayəti 9 oktyabrda 9 polisin ölümü ilə nəticələnən baş vermiş toqquşmalardan sonra güclü təhlükəsizlik tədbirlərinin şahididir. 
Ötən iki gün ərzində Raxin vilayətində 28 müsəlmanın yaralandığı bildirilir. 
 
Reutersin məlumatına görə, son bir ay ərzində baş vermiş qarşıdurmalarda 60-dan çox müsəlman öldürülüb. Bildirilir ki, bu müddət ərzində həmçinin 17 hərbiçi ölüb. 
Myanma təhlükəsizlik qüvvələri müsəlmanların evlərini yandırır, onlara təcavüz və məhkəməsiz edam edir. 
 
Digər tərəfdən insan haqları gözətçiləri peyk görüntülərinə istinadən bildirib ki, son həftələr ərzində Raxin vilayətinin iğtişaşlı bölgələrində 430 bina yandırılıb. 
 
Myanma dövləti Ruhingiya yaraqlılarının ölkədən kənardakı ifratçı qruplarla əlaqədə olduqlarını iddia edərək ordunun onlardan bir qrupunu həbs etdiyini bildirib. 
 
Ruhingiya adlanan Myanmanın Raxin vilayətinin müsəlmanları 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib. 
 
Myanma dövləti Ruhingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır. 
 

Google+ WhatsApp ok.ru