Myanmarda “Muhəmməd” və “İsmail” adlı şəxslər həbs olunur

Myanmarda “Muhəmməd” və “İsmail” adlı şəxslər həbs olunur

Myanmarın Arakan bölgəsində “Qudu Sara” şəhər polisi hökumətin ayrı-seçkilik və irqçi hərəkətlərinin davamında “Muhəmməd” və “İsmail” adlı 7 nəfəri həbs edib və naməlum istiqamətə aparıb. 
 
Maide.Az xəbər verir ki, Raxin bölgəsinin “Qudu Sara” şəhər polisi bəyanat yayaraq rohingiyalı müsəlmanlardan istəyib ki, “Muhəmməd” və “İsmail” adlı bütün şəxslər özlərini polis mərkəzinə təqdim etsinlər. 
 
Polis iddia edib ki, bu addım rohingiyalı fəallarla əlbirolma ehtimalı olan şəxslərin müəyyənləşdirilməsi üçün atılıb. “Polis 25 nəfəri mərkəzə çağırıb və daha sonra adları Muhəmməd və İsmail olan şəxslərdən bir qrupunu qolu qandallı naməlum istiqamətə aparıb. Həmin şəxslərin əksəriyyəti 50-70 yaşlı şəxslərdir”. 
 
Rohingiya adlanan Myanmanın Raxin vilayətinin müsəlmanları, 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib. 
 
Myanmar dövləti Rohingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır. /
 
بازجویی میانمار از مسلمانان دارای نام‌های «محمد» و «اسماعیل»!

Google+ WhatsApp ok.ru