Myanmarda buddistlər müsəlmanların məscidinə hücum edib

Myanmarda buddistlər müsəlmanların məscidinə hücum edib

Myanmarda müsəlmanlara edilən zülmlərin davamında ifratçı buddistlər bu ölkənin mərkəzində yerləşən məscidə hücum edib, müsəlmanları ölümlə hədələyiblər. 
 
Maide.Az xəbər verir ki, cümə axşamı baş verən hücum zamanı müsəlmanlar polis məntəqəsinə sığınıblar. Baqo əyalətinin ToiTamin kəndinin 150-yə yaxın sakini var.  
 
“200 -ə yaxın  ifratçı buddistin  hücumu zamanı kəndin  məscidinin bir hissəsi dağıdıb.  İfratçı buddistlər həmçinin müsəlmanlara məxus qəbristanlığın bir hissəsini dağıdıblar. Aralarında uşaq və qadınların da olduğu  70-ə yaxın müsəlman ifratçılardan qorunmaq üçün polis məntəqsinə sığınmağa məcbur olablar.”,-deyə kəndlilərdən biri bildirib. 
 
Onun sözlərinə görə buddistlər əhalini ölümlə hədələyiblər. 
 
Məlumat üçün bildirək ki, Myanmar hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əlllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. 
 
Xatırladaq ki, Myanmarda  bir milyondan çox müsəlman  Arakan əyalətində qaçqın düşərgələrində yaşayır. 
 
 

Google+ WhatsApp ok.ru