Myanmarda Həcc ziyarətinə gedən rohingiyalı müsəlmanlar buddistlər tərəfindən zorla geri qaytarılıb

Myanmarda Həcc ziyarətinə gedən rohingiyalı müsəlmanlar buddistlər tərəfindən zorla geri qaytarılıb

Myanmarda bir qrup ifratçı buddist Həcc ziyarətinə gedən 21 rohingiyalı müsəlmanı zorla geri qaytarıb. 
 
Maide.Az xəbər verir ki, Myanmar Dini İşlər Nazirliyindən Həcc ziyarətinə getmək üçün rəsmi icazələri olan 21 nəfər yaşadıqları bölgədən Akyab şəhərinə yola düşüb və oradan Səudiyyə Ərəbistanına gedərkən yolda ifratçı buddistlər onların yolunu kəsib və evlərinə geri qayıtmağa məcbur edib. 
 
Myanmar təhlükəsizlik qüvvələridə ifratçı buddistlərə bu işdə yardım edib və rəsmi icazələrinin olmasına rəğmən həmin müsəlmanları geri qayıtmağa məcbur edib. /

Google+ WhatsApp ok.ru