Myanmarda toqquşmalarla əlaqədar Çinə qaçqın axını başlayıb

Myanmarda toqquşmalarla əlaqədar Çinə qaçqın axını başlayıb

Myanmarda etnik qruplarla hökumət qüvvələri arasında toqquşmaların artması ilə əlaqədar minlərlə insan Çinə üz tutub.
 
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Myanmarın Şan ştatında yerləşən Kokanqın əhalisi etnik çinlilərdir.
 
Etnik qruplaşmalar Kokanqa geniş muxtariyyət verilməsini, yaxud Myanmardan ayrılmasını tələb edir. Etnik çinli qruplaşmalar ilə Myanmar hökumət qüvvələri arasında toqquşmalar 1949-cu ildən başlayıb, 1990-cı illərin ortalarına qədər davam edib. Silahlı münaqişə 2014-cü ildə yenidən başlayıb.
 
Son günlər Çinlə sərhəd yaxınlığında vəziyyət gərginləşib. Martın 6-da qiyamçılar Çinlə sərhəddə yerləşən Şan ştatında təhlükəsizlik qüvvələrinə hücum edib. Hücum nəticəsində 30 nəfər ölüb. Dünən Qırmızı Xaç Komitəsi Çinin sərhəddə yerləşən Nan San şəhərindəki qaçqın düşərgəsinə 200 nəfərin yerləşdirildiyini, 300 nəfərin sərhədin Myanmar tərəfindən gözlədiyini açıqlayıb. /

Google+ WhatsApp ok.ru