Myanmar höküməti Rohingya müsəlmanlarının vətəndaşlıq üçün müraciətini rədd edib

Myanmar hökümətinin sözcüsü və Təhlükəsizlik naziri Ye Hetut bildirib ki, Rohingya müsəlman cəmiyyətinə vətəndaşlıq statusu verilməyəcək.
 
Maide.az xəbər verir ki, o  öz facebook səhifəsində müsəlmanlara vətəndaşlıq statusunun verilməsini rədd edərək yazıb: Bizim hökümətin mövqeyi budur ki, tamamilə “Rohingya” terminindən istifadəni istisna edirik.
 
BMT İnsan Hüquqları Şurası bu yaxınlarda Təşkilata üzv ölkələrdə insan hüquqlarının vəziyyətinin araşdırılmasına həsr olunan Ümumdünya dövrü baxış zamanı Myanmarda müsəlmanlara vətəndaşlıq statusunun verilməsinə çağırmışdı.
 
Myanmar höküməti bu baxışın tövsiyyələrinin yarıdan çoxunu, xüsusilə də Rohingya müsəlmanlarının vətəndaşlıq və siyasi hüquqlarına dair bəndləri rədd etmişdi.
 
Myanmar rəsmiləri 1.300.000 min nəfərdən artıq olan Rohingya müsəlman cəmiyyətinin əhəmiyyətli bir hissəsini Benqal və qonşu Banqladeşdən gələn qeyri-qanuni miqrantlar hesab edir.
Məlumat üçün bildirək ki, Myanmar hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əlllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. /
 

 

Google+ WhatsApp ok.ru