Myanmar hökuməti Rohingiya müsəlmanlarına görə BMT nümayəndələrini ölkəyə qoymur

Myanmar hökuməti Rohingiya müsəlmanlarına görə BMT nümayəndələrini ölkəyə qoymur

Myanmar hökuməti BMT İnsan Haqları üzrə xüsusi missiyasının  üzvlərinə Rohingiya müsəlmanlarının məsələləri üçün ölkəyə gəlməyə və bu xalqa qarşı etnik təmizləmə əməliyyatları faktlarını araşdırmaq üçün Rakhayn  (Arakan) ştatını ziyarət etməyə izn verməyəcək.
 
Bu barədə  paytaxt Neypyido şəhərində Myanmarın XİN müavini U Çjo Tin bildirib.
 
O əlavə edib ki, missiya üzvlərinə viza verilməməsi üçün Myanmanın  bütün dünyadakı səfirliklərinə fərman göndəriləcək.
 
Qeyd edək ki, Myanmarın  Rakhayn əyalətində rohingiyalardan təmizləmə layihəsi davam edir. Myanma ordusu və təhlükəsizlik qüvvələrinin əməliyyatlarında yüzlərlə günahsız rohingiyalı qadın, uşaq deyilmədən qətlə yetirildi, yüzlərlə qadına təcavüz edildi. Müsəlmanlara məxsus minlərlə ev talan edildi, yandırıldı.
 
Cari ilin mart ayında  BMT-nin ekspert  komissiyasının rohingiya məsələsi ilə əlaqədar hesabatında bildirilmişdi ki, Rakhayn  ştatında insanlığa qarşı cinayətdən tutmuş etnik təmizləmə əməliyyatına kimi cinayətlər törədilib. 
 
Myanmar dövləti 1982-ci ildə qərara aldığı qanunda Arakan əyalətinin müsəlmanlarını vətəndaşlıqdan çıxarmışdır. BMT-nin son illərdə verdiyi hesabata görə, Arakan regionunda müsəlmanlar əleyhinə zoraklıq hallarının çoxalması 130 min myanmarlı müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olmuşdur.
 
Qeyd edək ki, 2012-ci ildən başlayaraq Myanmar müsəlmanları buddistlərin hücumlarına məruz qalıb və indiyədək çox sayda müsəlman qətliam edilib, yüzlərlə ev və iş yerləri məhv edilib və minlərlə insan didərgin düşüb. /

Google+ WhatsApp ok.ru