Myanmar müsəlmanlarının məskunlaşdığı düşərgələrdə durum çox ağırdır

Myanmar müsəlmanlarının məskunlaşdığı düşərgələrdə durum çox ağırdır

Myanmarda Rohingiya müsəlmanlarının məskunlaşdığı düşərgələrdə durum çox ağırdır. 
 
Madie.İnfo xəbər verir ki, insan hüquqları təşkilatları Myanmar hökumətinin Rohingiya müsəlmanlarını məskunlaşdırmaq üçün yaratdığı qaçqın düşərgələrindəki durumun ağır olduğunu bildirir və buna görə Myanmar hökumətini tənqid edir. Onlar bildirir ki, bu düşərgələrdə durum yaxşılaşmayıb, əksinə, daha da ağırlaşıb. 
 
2012-ci ildə ifratçı buddistlərin Myanmarda Rohingiya müsəlmanlarına qarşı cinayətləri nəticəsində 120 mindən çox rohingiyalı müsəlman öz evlərindən didərgin oldu və qaçqın düşərgələrində məskunlaşmağa məcbur olub. Myanmar hökumətinin Rohingiya müsəlmanlarına qarşı cinayətləri dünyada azadlıqsevər insanlar və təşkilatlar tərəfindən tənqid olundu.  
 
Rohingiya müsəlmanları dünyada ən çox işkəncə olunan azllıq hesab olunur. Uzun ilərdir ki, onların bir çox hüquqları, o cümlədən vətəndaşlıq hüquqları, azadlıq və digər hüquqları tapdalanır. Onlar qətliam olunur. 
 
BMT-nin İnsan Haqları ofisinin ötən ay açıqladığı hesabata görə, Myanmar təhlükəsizlik qüvvələri müsəlman qadınlara qarşı qətliam və qrup şəklində zorlama həyata keçirməklə bəşəriyyət əleyhinə cinayət törədir. BMT rəsmiləri elan edib ki, 1000 nəfərdən çox bu cinayətin qurbanı olub.                        
 
Qeyd edək ki, 2012-ci ildən başlayaraq Myanmar müsəlmanları buddistlərin hücumlarına məruz qalıb və indiyədək çox sayda müsəlman qətliam edilib, yüzlərlə ev və iş yerləri məhv edilib və minlərlə insan didərgin düşüb. / 

Google+ WhatsApp ok.ru