Myanmar ordusu təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Arakan bölgəsində əsgərlərinin sayını artırır

Myanmar ordusu təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Arakan bölgəsində əsgərlərinin sayını artırır

BMT narahatdır

Myanmar ordusu terror təşkilatları ilə mübarizə və təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Arakan bölgəsindəki əsgərlərin sayını artırır
 
Maide.Az iqna-a istinadən xəbər verir ki, Myanmar ordusu ölkənin şimal-şərqində yerləşən və müsəlmanların sıx yaşadığı Arakan bölgəsinə çox sayda əsgər göndərir.
 
Birləşmiş Millətlər Təşkilatının Myanmarda İnsan Haqları üzrə xüsusi məruzəçisi Yanqhi Li, BMT-nin bu addımı müsbət qarşılamadığını bildirib.
 
Arakan bölgəsinə əsgərlərin göndərilməsini tənqid eden Yanqhi Li, bildirib ki, bu qərarla vəziyyət daha da gərginləşə bilər. Myanmarın apardığı bu siyasətdən narahatıq. 
 
Myanmar müsəlmanları, BMT tərəfindən dünyanın ən çox zülmə məruz qalan xalqı kimi tanınır. 
 
Qeyd edək ki, sayları 50 milyon olan Myanmar əhalisinin əksəriyyəti (70 faiz) buddizm dininə sitayiş edir. Ölkə əhalisinin bir neçə milyonunu dini azlıqlar hesab olunan müsəlmanlar təşkil edir. Ölkənin Arakan və Raxin əyaləti müsəlmanların sıx yaşadığı bölgələrdir. 2012-ci ildə bu iki əyalətdə həm bütpərəstlər və həm də hökümət qüvvələrinin törətdiyi qətliam və təcavüzlər nəticəsində 100 mindən çox müsəlman ev-eşiyindən didərgin düşüb və onlar hazırda Banqladeş sərhədlərində qaçqın düşərgələrinə sığınıb.
 
Ötən ilin sonunda isə Myanmar hökümətinin hərbi əməliyyatları nəticəsində təqribən 94 min nəfər məcburi köçkün düşüb ki, onların əksəriyyəti qonşu Banqladeşə qaçıb. 
 
Myanmarda qeyri-insani cinayətlərə son qoyulması məsələsində BMT və digər beynəlxalq təşkilatlar biganə yanaşır. Bir çox müsəlman ölkəsində insanlar bu biganəliyə son qoyulması tələbi ilə etiraz aksiyaları keçirir. Onlar Myanmar rejim liderləri və sözügedən cinayətlərin günahkarlarının müharibə cinayətkarları kimi tanıdılması və cəzalandırılmasını tələb edir. /

Google+ WhatsApp ok.ru