Myanmar rejim qüvvələri Rathidaung şəhərini mühasirəyə alıb, müsəlmanlara ərzaq və dərman sanksiyası tətbiq edib

Myanmar rejim qüvvələri Rathidaung şəhərini mühasirəyə alıb, müsəlmanlara ərzaq və dərman sanksiyası tətbiq edib

Myanmar rejim qüvvələri Raxin əyalətinin şərqində Rathidaung şəhərini mühasirəyə alıb, müsəlmanların şəhərdən çıxışını qadağan edib.  
 
Maide.Az xəbər verir ki, Myanmar rejim qüvvələri və bir qrup ifratçı buddist Rathidaung şəhərinin 4 girişini bağlayıb və müsəlmanlara ərzaq və dərman preparatların çatdırılmasının qarşını alır. 
 
Myanmar qüvvələri buddist ticarətçilərin bu bölgədəki müsəlmanlarla alış-verişinə də maneəçilik törədir. 
 
Qeyd edək ki, bir neçə gün öncə  Rathidaung şəhərində buddist bir kişi itgin düşdükdən sonra ifratçı buddistlər onun itgin düşməsində müsəlmanları günahlandırıb və Rathidaung şəhərinin bütün müsəlmanlarını mühasirədə saxlayıb. Onlar mühasirəni davam etdirərsə, Rathidaung şəhər müsəlmanlarının kütləvi ölümünə səbəb olacaq. 
 
Qeyd edək ki, sayları 50 milyon olan Myanmar əhalisinin əksəriyyəti (70 faiz) buddizm dininə sitayiş edir. Ölkə əhalisinin bir neçə milyonunu dini azlıqlar hesab olunan müsəlmanlar təşkil edir. Ölkənin Arakan və Raxin əyaləti müsəlmanların sıx yaşadığı bölgələrdir. 2012-ci ildə bu iki əyalətdə həm bütpərəstlər və həm də hökümət qüvvələrinin törətdiyi qətliam və təcavüzlər nəticəsində 100 mindən çox müsəlman ev-eşiyindən didərgin düşüb və onlar hazırda Banqladeş sərhədlərində qaçqın düşərgələrinə sığınıb.
 
Ötən ilin sonunda isə Myanmar hökümətinin hərbi əməliyyatları nəticəsində təqribən 94 min nəfər məcburi köçkün düşüb ki, onların əksəriyyəti qonşu Banqladeşə qaçıb. 
 
Myanmarda qeyri-insani cinayətlərə son qoyulması məsələsində BMT və digər beynəlxalq təşkilatlar biganə yanaşır. Bir çox müsəlman ölkəsində insanlar bu biganəliyə son qoyulması tələbi ilə etiraz aksiyaları keçirir. Onlar Myanmar rejim liderləri və sözügedən cinayətlərin günahkarlarının müharibə cinayətkarları kimi tanıdılması və cəzalandırılmasını tələb edir. (arakannews)  

Google+ WhatsApp ok.ru