MÖMİN XURMA AĞACINA BƏNZƏYİR...

MÖMİN XURMA AĞACINA BƏNZƏYİR...

İslam Peyğəmbərinin (ə) bu barədə belə bir kəlamı var:

مَثَلُ الْمُؤْمِنِ مَثَلُ النَّخْلَةِ مَا أَخَذْتَ مِنْهَا مِنْ شَيْئٍ نَفَعَكَ

“Mömin xurma ağacına bənzəyir, ondan nə götürsən faydalı və xeyirlidir.” (“Nəhcül-fəsahə”, səh.564, hədis 2727.)

Xurma ağacı doğrudan da, çox bərəkətli ağaclardan biridir. Onun meyvəsi yeyilir və o, qidalanmaq üçün ən yaxşı yeməklərdən sayılır; onun çəyirdəyindən yanacaq kimi istifadə edilir, yarpağından həsir, papaq, süfrə və s. kimi şeylər toxunulur. Xurma ağacının özündən isə, sadə bina tikintisində istifadə olunur. Hətta çayların üzərindən keçmək üçün körpü salınır. Onun çiçəklərindən bir növ faydalı və ətirli cövhər alınır. Bir sözlə, xurmanın faydasız və atılan heç bir hissəsi yoxdur.

İmanlı şəxslər də eynilə xurma ağacı kimidirlər. Onların düşüncələri faydalı, danışıqları xeyirli, oturuşu tərbiyəvi, məktəbləri yaradıcı, dostluqlarında sadiq, vədlərində vəfalıdırlar. Xülasə, onların hər bir işi qiymətli və dəyərlidir.

Maide.Az

 

 

Google+ WhatsApp ok.ru