MÜBARƏK RAMAZAN AYININ 22-Cİ GÜNÜNÜN DUASI (AUDIO)

MÜBARƏK RAMAZAN AYININ 22-Cİ GÜNÜNÜN DUASI (AUDIO)

Ramazan ayı təqvimi və gündəlik duaları

 Bakıda sübh azanı saat 03:25-də,  axşam azanı isə saat 20:32-dədir.

 

اَللّـهُمَّ افْتَحْ لى فيهِ اَبْوابَ فَضْلِكَ، وَاَنْزِلْ عَلَيَّ فيهِ بَرَكاتِكَ، وَوَفِّقْني فيهِ لِمُوجِباتِ مَرْضاتِكَ، وَاَسْكِنّي فيهِ بُحْبُوحاتِ جَنّاتِكَ، يا مُجيبَ دَعْوَةِ الْمُضْطَرّينَ

Duanın oxunuşu: Əllahumməftəh li fihi əbvabə fəzlik, və ənzil ələyyə fihi bərəkatik, və vəffiqni fihi limucibati mərzatik, və əskinni fihi buhbuhati cənnatik, ya mucibə də`vətil muztərrin.

Duanın tərcüməsi: İlahi, bu gün Öz ehsan qapılarını mənim üzümə aç və Öz bərəkətlərini mənə nazil et. Məni bu gün Sənin razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et. Məni Öz cənnətinin ortasında (ən gözəl yerində) məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!

İFTAR DUASI

للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

 

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
22-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)
 

Google+ WhatsApp ok.ru