MÜBARƏK RAMAZAN AYININ 24-CÜ GÜNÜNÜN DUASI

MÜBARƏK RAMAZAN AYININ 24-CÜ GÜNÜNÜN DUASI

Ramazan ayı təqvimi və gündəlik duaları

 Bakıda sübh azanı saat 03:27-da,  axşam azanı isə saat 20:31-dədir.

 

 

اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ فيهِ ما يُرْضيكَ، وَاَعُوذُ بِكَ مِمَّا يُؤْذيكَ، وَاَسْئَلُكَ التَّوْفيقَ فيهِ لِأَنْ اُطيعَكَ وَلا اَعْصِيَكَ، يا جَوادَ السَّآئِلينَ.

Duanın oxunuşu: Əllahummə inni əs`əlukə fihi ma yurzik, və əuzu bikə mimma yu`zik, və əs`əlukət-təvfiqə fihi li ən utiəkə və la ə`siyək, ya cəvadəs-sailin.

Duanın tərcüməsi: İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və Sənə itaətsizlikdən çəkinməyə müvəffəq edəsən. Ey əl açanlara bəxşiş edən!

İFTAR DUASI

للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
24-cü gün- 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)
 

Google+ WhatsApp ok.ru