MÜBARƏK RAMAZAN AYININ 28-Cİ GÜNÜNÜN DUASI (AUDİO)

MÜBARƏK RAMAZAN AYININ 28-Cİ GÜNÜNÜN DUASI (AUDİO)

Bakıda sübh azanı saat 03:29-da,  axşam azanı isə saat 20:31-dədir.

 

 
اللَّهُمَّ وَفِّرْ حَظِّي فِيهِ مِنَ النَّوَافِلِ وَ أَكْرِمْنِي فِيهِ بِإِحْضَارِ الْمَسَائِلِ وَ قَرِّبْ فِيهِ وَسِيلَتِي إِلَيْكَ مِنْ بَيْنِ الْوَسَائِلِ يَا مَنْ لا يَشْغَلُهُ إِلْحَاحُ الْمُلِحِّينَ
 
"Bismillahir-Rahmənir-Rahim. Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti iləykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".
 
Tərcüməsi: "İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"
 
İFTAR DUASI
 
للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
 
Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
 
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
 
 
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
28-ci gün - 6 rukət (Hər rukətdə 1 Həmd, 100 Ayətəlkursi, 100 İxlas, 100 Kovsər və namazdan sonra 100 dəfə salavat)
 
 

Google+ WhatsApp ok.ru