Müdafiə naziri ön cəbhədə

Müdafiə naziri ön cəbhədə

-- Nazir cəbhə bölgəsində əsgərlərlə görüşüb

Müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində əsgərlərlə görüşüb.
 
Maide.Az xəbər verir ki, bu barədə bu gün, dekabrın 26-da Müdafiə Nazirliyi məlumat yayıb.
 
Müdafiə naziri səngərlərdə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb.
 
Daha sonra nazir ön xətdə xidmət edən hərbçilərdən ötrü yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.
 
Z.Həsənov şəxsi heyəti qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. Xidmətdə fərqlənənlərə mükafatlar və bayram hədiyyələri təqdim edib.
 

Google+ WhatsApp ok.ru