Müftidən xəbərdarlıq: Fələstində təhrif olunmuş Quran nüsxələri yayılıb

Müftidən xəbərdarlıq: Fələstində təhrif olunmuş Quran nüsxələri yayılıb

Qüds və digər Fələstin ərazilərinin müftisi Şeyx Məhəmməd Hüseyn ölkədə natamam Qurani-kərim nüsxələrinin yayıldığı barədə xəbərdarlıq edib.
 
Maide.Az Felestin.info-ya istinadla xəbər verir ki, müftinin xəbərdarlığına əsasən sözügedən nüsxələrdə 192, 195, 196 və 199-cu səhifələr ixtisara düşüb. Bu da müqəddəs kitabla bağlı nəzərəçarpacaq təhrif deməkdir.
 
Nüsxələr Misirin əl-Əzhər İslami Tədqiqatlar Mərkəzinin 29 aprel, 2015-ci il tarixli, 41 nömrəli lisenziyası ilə Misir-Suriya Nəşriyyat Evi tərəfindən nəşr edilib.
 
Müfti Şeyx Hüseyn bütün kitabxana və nəşriyyat evlərinə müraciət edərək, həmçinin müsəlman və qeyri-müsəlman oxuculara səslənərək belə nüsxələri təhvil verməyi xahiş edib.
 

Google+ WhatsApp ok.ru